ABŞ-dan gələn ermənilər Qarabağa buraxılmadı

13:21 - 20 Fevral
    11080 oxunma

ABŞ-dan gələn bir qrup erməni Dağlıq Qarabağ ərazisinə buraxılmayıb. 

Bu barədə erməni ictimai fəal, "Kaseçum" hərəkatının funksioneri Samson Qriqoryan açıqlama yayıb. Onun sözlərinə görə, Qarabağa icazəsiz daxil olmaq istəyən "qonaqlar" Rusiya sülhməramlıları tərəfindən geri qaytarılıb: "Rusiyalı sülhməramlılar Amerikadan olan dostlarımızı, ABŞ ermənilərini Qarabağa buraxmayıblar".

Azvision.az xatırladır ki, bu yaxınlarda Xankəndi şəhərinə qanunsuz getmək istəyən fransız jurnalistlər də Qarabağ ərazisinə buraxılmamışdılar. Rusiya sülhməramlıları onlara bildirmişdilər ki, Qarabağ Azərbaycan ərazisidir, bura səfər etmək üçün Yerevandan yox, Bakıdan icazə alınmalıdır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84