.
.

ABŞ-dan Ermənistandakı siyasi hadisələrə açıqlama gəldi

02:59 - 26 Fevral
    7000 oxunma


“Ermənistan Silahlı Qüvvələri siyasətə qarışmamalıdır”. 

Bizimxeber.az "RİA Novosti”yə isitnadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib. Dövlət Departamenti Ermənistandakı bütün tərəfləri şiddətin artmasının qarşısını almağa çağırıb: “Biz Ermənistandakı son hadisələrdən xəbərdarıq, vəziyyəti çox yaxından izləyirik. Bütün tərəfləri təmkinli olmağa, hər hansı bir gərginlik və zorakılıqdan qaçmağa çağırırıq. Bütün tərəflərə əsas demokratik prinsipləri xatırladıraq bildiririk ki, silahlı qüvvələr daxili siyasətə qarışmamalıdır”.

Prays qeyd edib ki, Dövlət Departamenti siyasi liderləri qanunun aliliyi prinsiplərinə əməl edərək fikir müxtəlifliyini sülh yolu ilə həll etməyə çağırır. O həmçinin, əlavə edib ki, Dövlət Departamenti Ermənistanda çevriliş cəhdinin olub-olmadığı barədə bir nəticəyə gəlməyib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84