.
.

ABŞ-dan Çinin son sanksiyalarına cavab

17:40 - 28 Mart
    8120 oxunma


ABŞ-ın dövlət katibi Entoni Blinken ştatlar tərəfindən məhdudlaşdırıcı tədbirlərə cavab olaraq Çinin tətbiq etdiyi sanksiyaları pisləyib. Onun sözlərinə görə, bu Pekinin Sincanda insan hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı tənqidi susdurmaq cəhdidir və yalnız beynəlxalq diqqətin güclənməsinə imkan yaradır.

Qeyd edək ki, ötən gün Çin ABŞ və Kanadaya cavab olaraq olan bir neçə fiziki və hüquqi şəxsə qarşı sanksiyaları tətbiq edib. Səbəb kimi ÇXR-in Sintszyan-Uyğur Muxtar Respublikasının ətrafında yaranmış gərgin vəziyyət göstərilib.

Çin XİN-in məlumatına görə, məhdudiyyətlərə məruz qalan şəxslər arasında ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Komissiyasının rəhbəri Toni Perkins və Kanada parlamentinin üzvü Maykl Çonq da var. Bu sanksiyalar Kanada və ABŞ-ın martın 22-də Sintszyandakı bir sıra fiziki və hüquqi şəxslərə qarşı birtərəfli sanksiyalar tətbiq edən hərəkətlərinə cavab addımı olub. 

Sanksiyalara görə, bu vətəndaşlar və onların ailə üzvləri Çin ərazisinə, o cümlədən Hong Kong və Makao ərazisinə daxil ola bizlməzlər. Bu arada Rusiya XİN-də Kanadanın sanksiyalarına cavab veriləcəyini açıqlayıb. Mariya Zaxarov deyib ki, Kanada hakim elitasıilə artıq Rusiya ilə ikitərəfli münasibətlər minimuma düşüb. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84