ABŞ-dan Belarusa növbəti sanksiya

11:00 - 24 Dekabr
    1270 oxunma

ABŞ Maliyyə Nazirliyi 9 avqustda Belarusda keçirilən prezident seçkiləri və seçkidən sonrakı hadisələrin zorakılıqla yatırılmasında rol oynadıqlarına görə bəzi yüksək vəzifəli şəxslərə qarşı məhdudiyyət tətbiq edib. 

Sanksiyalar Belarus daxili işlər nazirinin müavini və Cinayət Polisi Departamentinin direktoru Henadz Arkadziyeviç Kazakeviç, üç polis əməkdaşı və Mərkəzi Seçki Komissiyasına şamil edilib. 

Bəyanatda Kazakeviçdən əlavə, Minsk Xüsusi Polis Bölməsi, Minsk Şəhər İdarəetmə Komitəsinin Daxili İşlər Baş İdarəsi, Minsk etirazlarına şiddətli müdaxilə edən və dövlət təhlükəsizliyində əhəmiyyətli bir xüsusi qüvvə olan “KGB Alfa” bölməsinin də sanksiya siyahısına salındığı bildirilib. 

Maliyyə Nazirliyi əvvəllər sanksiya siyahısına daxil edilmiş Belarus MSK da daxil olmaqla, Prezident Aleksandr Lukaşenko və vitse-prezidentlərinə qarşı da məhdudiyyət tətbiq etdiyini açıqlayıb.

Nazirlik sanksiyalara əsasən, bu qurumların və şəxslərin mal varlıqlarının dondurulduğunu və ABŞ vətəndaşlarının sözügedən qurum, şəxslərlə hər hansı bir iş görməsinin qadağan olunduğunu qeyd edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84