ABŞ daha çox qaçqınlar qəbul edəcək - 125 min nəfərə qədər

02:19 - 05 Fevral
    10960 oxunma


ABŞ qaçqınların qəbulu limitini ildə 125 minə qədər artıracaq. Bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib. "Bu gün mən bizim qlobal miqyasda ehtiyaclara misli görünməmiş kömək etmək üçün qaçqınların qəbulu proqramının bərpası üzrə ağır işə başlayacaq sərəncamı təsdiqləyəcəm", - Dövlət Departamentində xarici siyasət üzrə proqram nitqində çıxış edən Bayden deyib.

"Bu sərəncam bizə yenidən administrasiyanın birinci maliyyə ilində qaçqınların qəbulunu 125 min nəfərə qədər artırmağa imkan verəcək", - Bayden bildirib.

Qeyd edək ki, ABŞ sabiq prezident Donald Trampın dövründə 2021-ci il üçün 15 min nəfərlik limit qoyaraq qaçqın qəbulunu dayandırıb. Bundan əlavə, Birləşmiş Ştatlar koronavirus pandemiyası səbəbindən faktiki olaraq qaçqınlar qəbul etmir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84