ABŞ-da yanğınlar səbəbindən onlarla insan itkin düşüb

03:15 - 12 Sentyabr
    1880 oxunma

ABŞ-ın Oreqon ştatını cənginə alan təbiət yanğınları səbəbindən onlarla insan itkin düşüb. “Qafqazinfo” “TASS”a istinadən bildiriri ki, bunu ştatın qubernatoru Keyt Braun deyib.

“Ştat polisinin ilkin bildirişləri göstərir ki, konkret olaraq Cekson, Leyn və Merienn dairələrində yanğınlarla əlaqədar onlarla insan itkin düşüb”, - o qeyd edib. Onun sözlərinə görə, alov Oreqonda 404,6 min hektar ərazidə hər şeyi yandırıb. “Ştatın 40 min sakini evakuasiya edilib”, - qubernator əlavə edib.

“CNN” telekompaniyasının verdiyi xəbərə görə, cümə günü ABŞ-ın qərbində təbii fəlakət qurbanlarının sayı 23-dən 24-ə yüksəlib. Daha ağır vəziyyət Kaliforniya, Oreqon və Vaşinqtondadır. Aydaho ştatı Milli İdarələrarası Yanğın Mərkəzinin məlumatına görə, yanğınlar nəticəsində ölkənin qərbində 3,4 milyon akr (1,375 milyon hektar) ərazi yanıb.

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84