ABŞ-da prezident seçkilərindən maraqlı görüntülər - FOTO/VİDEO

18:29 - 04 Noyabr
    3360 oxunma

ABŞ-da səslərin həyəcanverici sayılma gecəsi yaxınlaşır, amma indiyə qədər liderin kim olacağı dəqiqləşməyib. “Euronews” xəbər verir ki, Donald Trampın tərəfdarları sözün əsl mənasında qələbənin havasını hiss etdiklərini deyirlər: “Hər şey yaxşıdır, çox xoşbəxtik. Hamımız ABŞ-ı sevirik, Trampı sevirik. Bu seçkiləri qazanacağıq”.

Co Baydenin tərəfdarları da öz növbəsində, demokratın həm ona verilən mütləq səs sayında, həm də seçici sayında lider olduğunu vurğulayırlar:“Biz sərt rəqabətin əleyhinə deyilik. Bu, bir az ABŞ-ın səbrinin sınağıdır. Düzgün nəticələr əldə etmək üçün gözləmək lazımdır”.

Kəskin siyasi mübarizə ilə yanaşı bu seçkilərdə çətin sanitariya vəziyyəti və bununla əlaqəli kütləvi erkən səsvermə nəticəsində əlavə gərginlik yaranır. ABŞ-ın iri şəhərlərində restoran və dükan sahibləri nümayiş və ixtişaşlardan qorxaraq ehtiyat tədbirləri görürlər.

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84