. .

ABŞ-da polis bıçaqla insanlara hücum edən qızı belə güllələdi - VİDEO

14:21 - 21 Aprel
    17175 oxunma

ABŞ-ın Kolumbus şəhərində (Ohayo ştatı) polis əməkdaşı 15 yaşlı qaradərili qızı insanlara bıçaqla hücum etdiyi üçün güllələyib. Bizimxeber.az bildirir ki, bu barədə “The Columbus Dispatch” qəzeti xəbər verib.

İnsident yerli vaxtla saat 16:45-də (Bakı vaxtı ilə saat 00:45-də-red.), bıçaqla silahlanmış qızın hücumları barədə polisə zəngin daxil olmasından sonra baş verib. Hadisə yerinə gələn polis əvvəlcə xəbərdarlıq edib, onun sakitləşdirməyə çalışıb. Daha sonra əlindəki bıçaqla iki adama xəsarət yetirməyə çalışdığı üçün plis tərəfindən güllələnib.Yaralını kritik vəziyyətdə xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Artıq ABŞ polisi hadisınin videogörüntüsünü yayıb və qızın bıcaqla insanala hücum etdiyi bu kadrlardan aydın görünür.

 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84