ABŞ-da müttəfiqlərin Rusiya yanacağından asılılığını azaltmaq üçün təklif

16:09 - 29 İyul
    4795 oxunma

ABŞ Konqresinə Vaşinqtonu Avropa İttifaqı və NATO müttəfiqlərinə Rusiya yanacağından asılılığını azaltmaq üçün qaz tədarükünü artırmağa çağıran qanun layihəsi təqdim edilib. RT xəbər verir ki, qanun layihəsi konqresmenlər Kerol Miller və Devid Makkinli tərəfindən hazırlanıb. Layihədə qeyd edilir ki, ABŞ-ın qaz ixracının artırılması onun tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verəcək.

Qanun layihəsinin müəllifləri iddia edirlər ki, Rusiya ABŞ-ın müttəfiqlərini “təhdid etmək” üçün yanacaq ehtiyatlarından geosiyasi silah kimi istifadə edir. Bununla əlaqədar olaraq, dövlətlər Moskvanın iqtisadi və siyasi “təsirinin” azaldılmasına kömək etməlidirlər: “Enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. ABŞ-ın enerji ixracatının genişlənməsi Avropa üçün daha böyük təhlükəsizliyin təmin olunmasına kömək edəcək”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84