ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçib

14:53 - 28 May
    1020 oxunma

Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 100 min nəfəri keçib.

Bizimxeber.az bildirir ki, ABŞ-da ölüm hallarının sayı ötən aylarla müqayisədə daha yavaş sürətlə artmaqda davam edir. Bununla yanaşı, ABŞ-ın bəzi ştatlarında müəssisələrə, parklara və digər ictimai obyektlərə fəaliyyətlərini bərpa etmək üçün icazə verilib.

Bazar günü Prezident Donald Tramp özünün "Twitter" səhifəsində bütün ölkə ərazisində ölümlərin sayının azaldığını qeyd edib. Lakin bu açıqlama ölənlərin sayının artdığını göstərən Ağ Evin koronavirusa qarşı mübarizə üzrə İşçi Qrupunun rəsmi məlumatlarına ziddir.

Ağ Evin daxili hesabatına görə, koronavirus pandemiyasının başlanğıcından şəhər yerlərində (Şərqi Tennessi və Kentukki ştatlarının ərazilərindən tutmuş Texasa və Ayovaya qədər) yoluxma hallarının sayı 72 faiz və daha çox artıb. Məsələn, Şimali Karolina ştatının Şarlot şəhərində yeni yoluxma hallarının sayı 200 faiz, Kentukki ştatının Central-situ şəhərində isə 650 faiz çoxalıb.

Tərlan
Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84