ABŞ-da koronavirusa qarşı ilk peyvənd vuruldu - Video
22:00 - 14 Dekabr
-
1070 oxunma

ABŞ-da yeni növ koronavirusa qarşı kütləvi peyvəndlənmə prosesi başlayıb.
BioNTech- Pfizer peyvəndi təsdiq edildikdən sonra, Nyu-Yorkda reanimasiyada işləyən tibb bacısı Sandra Lindsay üzərində ilk test keçirilib. Peyvənd olunarkən canlı yayıma Nyu-York valisi Endryu Kuomo da qatılıb. ABŞ prezidenti Donald Tramp isə tvitter hesabında ilk peyvənd haqqında paylaşım edib.
“İlk peyvənd edildi. Təbriklər, ABŞ. Təbriklər, dünya”, - deyə Tramp bildirib.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84