ABŞ Çinin 14 deputatına sanksiya qoydu

22:41 - 07 Dekabr
    2910 oxunma

ABŞ Honkonq məsələsi ilə əlaqədar olaraq Çinin Milli Xalq Konqresinin 14 üzvünə sanksiya tətbiq edib. Sanksiyalar Honkonqun qanunverici orqan üzvlərinin istefası ilə əlaqədar qoyulub. 

Məhdudiyyətlər ABŞ ərazisində siyahıya daxil olan əmlaka və bank vəsaitlərinə həbs qoyulmasını və Amerika vətəndaşları ilə biznes əlaqələrinin qurulmasını nəzərdə tutur.

Xatırladaq ki, sanksiyalarla bağlı hələ bundan əvvəl ABŞ mediasında xəbərlər yayılarkən Çinin Xarici İşlər Nazirliyi ABŞ-ı Honkonqla bağlı işlərə, Çinin daxili işlərinə qarışmamağa çağırmış, əks halda ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün əks tədbirlər görəcəyi ilə hədələmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84