“ABŞ bu yanlış qərarından geri dönməlidir” - Akar

15:33 - 22 Dekabr
    1230 oxunma

Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ın sanksiya qərarına dair bir sıra açıqlamalar verib. Akar ABŞ-ın “S-400” sistemləri ilə bağlı sanksiya qərarının ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir göstərdiyini bildirib.

“Rusiya hava hücumundan müdafiə sistemi üçün bizə müsbət cavab verdi. ABŞ sanksiyalarının heç bir zərər verməməsi üçün əlimizdən gələni edəcəyik. Başda NATO olmaqla birlikdə həyata keçirəcəyimiz fəaliyyətlərin mənfi təsir görəcəyini bildirmək istəyirik.

ABŞ-ın bu yanlış qərarından bir an əvvəl geri dönməsi mütləqdir. Qərarın düzəldilməsini gözləyirik”,- deyə nazir vurğulayıb. Hulusi Akar qeyd edib ki, Türkiyəyə gətirilən “S-400” sistemləri hazırda yoxlanma prosesindən keçir.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84