. .

ABŞ bu peyvənddən istifadəyə yenidən icazə verdi

13:01 - 24 Aprel
    13381 oxunma

ABŞ-da qan laxtalanmasına səbəb olduğu üçün istifadəsi dayandırılmış “Johnson & Johnson” peyvəndinin tətbiqinə yenidən icazə verilib. 

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzi (CDC) məlumat yayıb. Qeyd olunub ki, Peyvənd Tətbiqləri Məsləhət Komitəsi sözügedən vaksinin istifadə edilib-edilməməsini səsverməyə çıxarıb və 10 səslə peyvənddən istifadəyə davam etmək qərarına gəlinib.

Komitənin tək bir dozada istifadə olunan peyvəndin faydalarının risklərdən daha çox olduğu barədə fikir birliyinə gəldiyi ifadə edilib.

Qeyd edək ki, CDC və ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən 13 aprel tarixində verilən açıqlamada “Johnson & Johnson” peyvəndinin istifadəsindən 6-13 gün sonra baş verən qeyri-adi laxtalanma səbəbindən dayandırılmasını tövsiyə etmişdi.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84