ABŞ: Azərbaycan terror cəhdlərini məğlub etmək üçün fəal iş aparıb

23:05 - 24 İyun
    960 oxunma

“2019-cu ildə Azərbaycan hökuməti ölkə ərazisi və Cənubi Qafqaz daxilində terror cəhdlərinin qarşısını almaq, aşkar və məğlub etmək üçün fəal iş aparıb”.

Bu barədə ABŞ Dövlət Departamentinin terrorizmlə bağlı ötən il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısını almaq istiqamətində əməliyyatlar keçirib, terrorda şübhəli bilinən şəxsləri və Azərbaycandan kənarda terrorçu qruplara qoşulmaq və ya onları maliyyələşdirməkdə şübhəli bilinən azərbaycanlıları həbs edərək cinayət məsuliyyətinə cəlb edib.

Sənədə əsasən, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri öz aralarında, regional və beynəlxalq tərəfdaşlarla terrorizm məsələləri üzrə informasiya mübadiləsi həyata keçiriblər.

Hesabatda Azərbaycanın 120 sülhməramlı hərbçisi ilə NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhvə verdiyi də qeyd olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84