ABŞ ali məktəblərində dərs 2021-ci ildə bərpa oluna bilər

01:30 - 16 Aprel
    6492 oxunma

Bütün dünyada tüğyan edən koronavirus epidemiyası səbəbindən ABŞ ali təhsil ocaqlarında siniflərdə dayandırılan dərslərin 2021-ci ildə yendən bərpası fikri nəzərdən keçirilir.

Bizimxeber.az xəbər verir ki, belə bir fikri ABŞ-ın ayrı-ayrı ali təhsil ocaqlarının rəhbərləri ifadə edərək dəstəkləyiblər.

Belə ki, ABŞ-ın ən böyük ali təhsil olcaqlarından biri olan Boston Universitetindən bildiriblər ki, səhiyyə orqanları nümayəndələri 2020-ci ilin payızında dərslərin yenidən siniflərdə keçirilməsinin təhlükəli olmaması barədə bildirsələr, mühazirələr təhsil ocaqlarında başlaya bilər. Əks təqdirdə, dərslərin 2021-ci ilin yanvarında auditoriyalarda bərpa ediləcəyi istisna edilmir.

Qeyd edək ki, koronavirus epidemiyası səbəbindən ABŞ ali təhsil ocaqlarında dərslər mart ayından dayandırılıb.

Son məlumata görə, ABŞ-da koronavirusa yoluxanların sayı 608 mini, ölənlərin sayı isə 26 min nəfəri keçib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84