ABŞ-a qaçan çinli virusoloq Çin və ÜST-ün sirlərini açır: “Həqiqəti gizlədirlər”

17:50 - 11 İyul
    2460 oxunma

Ölkədən qaçan Çinli virusoloq ÇXR səlahiyyətlilərini koronavirusu gizlətməkdə günahlandırır. Qadın iddia edir ki, "itkin düşmüş" informatorların siyahısına düşəcəyindən qorxaraq ABŞ-da gizlənir.

Bizimxeber.az xəbər verir ki, bunu Fox News-a eksklüziv reportajında Honq Konqun virusoloqu, doktor Li-Men Yan deyib.
Honq Konq Xalq Sağlamlığı Məktəbində virusologiya və immunologiya sahəsində ixtisaslaşan qadın həkim bu ilin 28 aprel tarixində ABŞ-a qaçıb. Onun sözlərinə görə əgər o ələ keçsə həbsxanaya atıla bilər və ya da daha da pis "yoxa çıxanlardan” biri olacaq.

Yan Fox News-a verdiyi müsahibədə bildirib ki, Çin rəhbərliyi yeni koronavirus haqqında xəbəri verəndən çox əvvəl o haqda məlumatlıymış. Belə ki, bu sahədə çalışan aparıcı mütəxəssis kimi tanınan rəhbərləri, onun pandemiyanın başlanğıcında insanların həyatını xilas edə biləcək araşdırmalarına dair fəaliyyətinə məhəl qoymayıblar.
Hazırda Yan onun həyatı üçün təhlükə olduğunu düşünür. Heç vaxt evə qayıda bilməyəcəyindən qorxur və çox güman ki, öz vətənində dostlarını və ailəsini heç zaman görməyəcəyini anlayaraq yaşayır:"ABŞ-a gəlməyimin səbəbi COVİD haqqında əsl mesajı ötürməyimdir".

Dünyadakı yeni koronavirusu araşdıran ilk alimlərdən biri olduğunu iddia edən Yan Universitetin ÜST istinad laboratoriyasındakı araşdırma müdiri doktor Leo Pundan 2019-cu ildə Çində həmin ilin dekabrın sonlarında SARS tipli hadisələrin qəribə bir çoxluğunu öyrənməsini istəyib. 

"Çin hökuməti xarici mütəxəssislərin, o cümlədən Honq Konq ekspertlərinin Çində araşdırma aparmalarına icazə verməkdən imtina etdi. Beləliklə, daha çox məlumat almaq üçün dostlarıma müraciət etdim".

Yan qeyd edib ki, Çindəki müxtəlif tibb müəssisələrində geniş peşəkar əlaqələrə sahib olub. Bu səbəbdən onu araşdırma aparmağı xahiş olundu, xüsusən də komandası hökumətin əsl həqiqətləri gizlədiklərini bilirdilər.

Onun yoldaşlarından biri, Çindəki Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin alimi xəstəlik halları barədə əvvəlcədən birinci əldən məlumatlıydı və iddia edildiyi kimi, 31 dekabrda Çin və ya ÜST belə bir yayılma olduğunu etiraf edəndən xeyli qabaq virusun insandan-insana ötürülməsi barədə Yana danışıb.
Yanın sözlərinə görə, o, bu ilkin tapıntıların bəzilərini rəhbərinə bildirib. O isə sadəcə başını yelləyib və Yana işə davam etməsini tapşırıb.
Bir neçə gün sonra, 9 yanvar 2020-ci ildə ÜST bir açıqlama verir: "Çin səlahiyyətlilərinin fikrincə, bu virus bəzi pasiyentlərdə ciddi xəstəliklərə səbəb ola bilər, ancaq insanlar arasında asanlıqla ötürülə bilməz... Bu sabit qrupun ümumi riskini təyin etmək üçün məhdud məlumatlar var".

Yan bütün Çindəki həmkarları ilə birlikdə xüsusi bir virusu açıq-açığına müzakirə etdiklərini, ancaq tezliklə tonun kəskin dəyişdiyini görüb.
Virusu əvvəllər açıq müzakirə edən həkimlər və tədqiqatçılar birdən susublar. Daha sonra yayılma ocağına çevrilən Vuhan mütəxəssisləri də susub, digərlərinə isə detallarla maraqlanmamaq barədə xəbərdarlıq edilib.

Doktor Yan deyir: "Həkimlər qəzəblə deyirdilər ki, biz bu barədə danışa bilmərik, ancaq biz də maska taxmalıyıq”.
Sonra, mənbələrinə görə, virusun insandan-insana ötürülməsi hallarının sayı eksponent olaraq böyüməyə başladı və Yan cavab axtarmağa başlayıb.
"Vaxtında müalicə almayan və vaxtında diaqnoz qoyulmayan bir çox xəstə var. Xəstəxanadakı həkimlər qorxur, danışa bilmirlər. CDC heyəti qorxur"-deyə Yan bildirib.
Onun dediyinə görə, öz tapıntılarını yenidən rəhbərinə 16 yanvarda bildirib, ancaq bundan sonra rəhbəri ona guya "susun və ehtiyatlı olun" deyib: "Daha əvvəlki kimi mənə xəbərdarlıq etdi ki, "Qırmızı xətti keçməyin. Problemlərimiz olacaq və biz də "yox olacağıq...”

Yan, ÜST ilə əlaqəli laboratoriyanın həmsədri, professor  Malik Peyrisin də nə baş verdiyini bildiyini, lakin bununla bağlı heç bir şey etmədiyini iddia edir. Yan bundan pis olub, ancaq təəccüblənməyib.

Malik Peyrisin vəzifəsi ÜST-ün saytında yeni koronavirus ilə əlaqədar ÜST-ün Beynəlxalq Sağlamlıq Qaydaları üzrə Fövqəladə Komitəsinin məsləhətçisidir.
"ÜST, Çin hökuməti və Çin Kommunist Partiyası kimi beynəlxalq təşkilatlar arasında olan korrupsiya haqqında məlumatlı olduğum üçün məni hansı “cəza” gözlədiyini artıq bilirəm. Mən bunu qəbul edirəm, amma bu yanlış məlumatın dünyada yayılmasını istəmirəm".

ÜST isə Yan və ya Peyrisin birbaşa təşkilat üçün işlədiyini inkar edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84