.
.

ABŞ-a getmək istəyənlərə ŞAD XƏBƏR

17:24 - 25 Fevral
    7760 oxunma


ABŞ yenidən qapılarını əcnəbilərin üzünə açıb. “RİA Novosti” xəbər verir ki, Co Bayden eks-prezident Donald Trampın miqrantlara tətbiq etdiyi qadağaları dəyişib. 

Onun sözlərinə görə əvvəlki qanun ABŞ-ın maraqlarını dəstəkləmir. Əksinə ABŞ-a ziyan vurur, məsələn ABŞ vətəndaşlarının ailə üzvlərinin və qanuni daimi yaşayış statusu sahiblərinin ailələri ilə bir yerdə olmaq imkanının qarşısını alır.

ABŞ prezidentinin yeni fərmanı ilə illik lotereyada ABŞ-da yaşamaq üçün icazə (greencard) qazanan şəxslərin ölkəyə girişi yenidən açılır.

Xatırladaq ki, Tramp 2020-ci ilin aprelində koronavirus pandemiyası zamanı “ABŞ əmək bazarına risk yaradan miqrantların” ölkəyə girişinin qarşısını alan fərmanı imzalayıb, sonra isə onu yeniləyib. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84