Abazyan məxfi şəkildə Bakıya göndərilir – Minasyan

14:23 - 04 Yanvar
    4970 oxunma

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Moskvada Azərbaycandan olan həmkarı ilə görüşdən sonra tam məxfi şəraitdə Bakıya göndəriləcək.

Bu məlumatı Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan paylaşıb. Onun sözlərinə görə, Abazyanın qarşısında qoyulan hədəf odur ki, şifahi razılaşmaları və biabırçı güzəştləri yazılı şəkildə qeyd edib, rəsmləşdirsin, eləcə də növbəti öhdəliklər götürsün.

Qeyd edək ki, Mikayıl Minasyan keçmiş prezident Serj Sərkisyanın kürəkənidir. Korrupsiyadan dolayı barəsində cinayət işi açılan Minasyan İrəvana gələ bilmir, amma xaricdə oturaraq, Ermənistan hakimiyyətinə qarşı çox aktiv təbliğat aparır.

Maraqlıdır ki, onun bir çox hallarda təsdiqini tapmayan və manipulyasiya edilmiş məlumatlarını erməni mediası böyük həvəslə tirajlayır.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84