. .

AB-dən Navalnı bəyanatı - "Rusiyanın addımı siyasi müxalifətə təzyiqdir"

14:08 - 10 İyun
    1608 oxunma


Avropa Birliyi Moskva Məhkəməsinin blogger Aleksey Navalnının təşkilatlarını ekstremist kimi tanıma qərarını tənqid edib və bunu "siyasi müxalifətə təzyiq" adlandırıb.

Bizimxeber.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bəyanatda "Moskva məhkəməsi Navalnının təşkilatlarını "ekstremist "kimi tanımasını, Rusiya hökumətinin müstəqil siyasi müxalifəti, korrupsiyaya qarşı istintaqı əzmək və Dövlət Duması seçkilərindən əvvəl və sonra Navalnı şəbəkələrinin təsirini aradan qaldırmaq üçün bu günə olan ən ciddi cəhddir" deyə bildirilir.

Bəyanatda AB Rusiya səlahiyyətlilərini, Avropa Şurası və ATƏT qarşısında götürdüyü öhdəliklərə tam əməl etməyə çağırıb.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84