79 yaşlı qoca ayı hücumundan sağ qurtuldu

10:09 - 01 Noyabr
    10310 oxunma

Yaponiyanın İna yaşayış məntəqəsində ayı 79 yaşlı qadına hücum edib. Bu barədə Yaponiyanın “Kiodo” agentliyi məlumat yayıb. Mənbə yazır ki, qadın baş nahiyəsindən ağır xəsarətlər alsa da, həyatda qala bilib. Həkimlər üz sümüklərinin açıq sınıq xəsarətləri ilə xəstəxanaya çatdırılan qadına lazımi köməklik edib.

Qeyd olunur ki, Yaponiyada ayıların insanlara hücumu demək olar ki, hər gün qeydə alınır.

Yaponiyada təkcə ötən həftə yeddi nəfər ayı hücumu nəticəsində müxtəlif dərəcəli xəsarət alıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84