5 mindən çox partlayıcı oyuncaq, pirotexniki məmulat aşkarlanıb

13:20 - 02 Yanvar
    850 oxunma

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən paytaxtın Qaradağ, Abşeron, Nərimanov, Xəzər və Suraxanı rayonları ərazilərində tədbirlər keçirilib. Nəticədə ümumilikdə 5054 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84