5 ay karantin olmaz: Hər şey nəticəyə görə mühakimə olunur - Professor

17:36 - 07 Avqust
    5775 oxunma

"5 ay karantin olmaz”. Bunu açıqlamasında professor Adil Qeybulla sərt karantin rejiminin yumşalmasından danışarkən deyib. Onun sözlərinə görə, karantin qaydaları birdəfəlik yumşaldılmalıdır:

"5 ay "evdə qal” karantini onu göstərdi ki, bunlar bu işi bacarmadılar. Hər şey nəticəyə görə mühakimə olunur. Hər yer bağlı, yeganə açıq məkan çimərliklərdir. Həftə sonu ictimai nəqliyyat işləmir. Kasıb o çimərliyə necə getsin? Bütün işləri belədir. Guya nəyisə bağlamaqla məsələ həll olunur? Metro da bağlıdır”.

Adil Qeybulla bildirib ki, hazırda Sumqayıta gedən qatarı bağlamaq istəyirlər: "Bütün güc ictimai nəqliyyatın üzərinə düşəcək. İctimai nəqliyyat bu yükü necə çəkəcək. Bunu da düşünsünlər”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84