477 şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub

17:12 - 09 Aprel
    20681 oxunma

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitamla bağlı statistik göstəricilər açıqlanıb. 

Bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyət haqqında icmal hesabatında bildirilib. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitamla bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş müraciətlərin sayı 1074 olub.

477 şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub.

15 şəxs (13 şəxsin vəsatətləri Dövlət Miqrasiya Xidməti tərəfindən göndərilib) Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunub. 469 şəxs (241 şəxsin vəsatətləri Xidmət tərəfindən göndərilib) Azərbaycan Respublikasının vətəndaşlığından çıxıb, 113 şəxsin sənədləri icradadır.

2019-cu ilin 31 dekabr tarixinə ölkədə qanuni əsaslarla olan və ya yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin də sayı açıqlanıb – 109 130 nəfər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84