43 min erməni Dağlıq Qarabağa qayıdıb

16:46 - 22 Dekabr
    1390 oxunma

Rusiya sülhməramlılarının növbəti karvanı Ermənistan Respublikası ərazisindən Dağlıq Qarabağa qayıdan erməniləri  müşayiət edib.

Bizimxeber.az RF Müdafiə Nazirliyinin mətbuat xidmətinin dekabrın 22-də verdiyi məlumata istinadən xəbər verir ki, bu gün 351 nəfər avtobuslarla İrəvandan Xankəndinə çatdırılıb. Avtobuslar Rusiya sülhməramlı kontingenti və hərbi polisin patrulları tərəfindən müşayiət olunub.

Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları vətəndaşların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edir, humanitar yardım göstərir və mülki infrastrukturu bərpa edirlər. Vəziyyətin gecə-gündüz izlənməsi və iyirmi üç müşahidə məntəqəsində atəşkəsə əməl olunmasına nəzarət mövcuddur.

Məlumatda həmçinin qeyd olunub ki, ümumilikdə, təxminən 43 min milliyyətcə erməni qaçqın Dağlıq Qarabağa daimi yaşayış yerlərinə qayıdıb.

Qeyd edək ki, Dağlıq Qarabağda atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdiriləcək. Rus kontingentinin Mərkəzi Hərbi Dairənin 15-ci əlahiddə motorlu atıcı briqadasının (sülhməramlı) bölmələrindən ibarətdir.
 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84