400 minlik toy edən Ayselin boşanma səbəbi məlum oldu - Video

10:57 - 11 Avqust
    12045 oxunma

Bakı Lift İdarəsinin sabiq baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın boşanma səbəbi məlum olub.
Yenisabah.az xəbər verir ki, blogger bu barədə sosial şəbəkə hesabında məlumat verib. 
O, həyat yoldaşı Oqtay Əhmədovun ona xəyanət etdiyini bildirib:

"Çox pisəm, özümdə deyiləm. Hələ mənim bildiklərim bu qədərdir, çox şey var, açıb-ağartmıram. Mən əvvəldən deyirdim ki, xəyanət görsəm bu iş bitəcək. Bunu da mənə hamı atıb. Heç vaxt xəyanəti və yalanı bağışlamaram. Həyatda hər şey boşdur, öz həyatınızı yaşayın. Uşaqlarıma hörmət edirəm, üç oğul böyüdürəm. Onlara görə susuram və təmkinliyimi qorumağa çalışıram. Dediyim sözün üstündə kişi qızı kimi dururam. Həyatda itirəcəyim heç nə yoxdur. Olan oldu, keçən keçdi. Başqa heç nə danışmaq istəmirəm. Bildiyimi bilirdim, gördüyümü də gördüm. Mənə fakt lazım idi, onu da tapdım. Birincidən yarımayan, ikincidən də yarımır".

Xatırladaq ki, A.Şükürova və Oqtay Əhmədov bir neçə il öncə  400 minlik toy xəbəri ilə gündəmə gəlmişdi. Bu, Ayselin ikinci nikahıdır. Onun ilk evlilikdən bir, Oqtayla ailəsindən isə əkiz oğulları var.

Həmin görüntüləri təqdim edirik:

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84