''Azərbaycan Kəşmir məsələsində Pakistanın yanındadır - Ceyhun Bayramov

17:42 - 14 Yanvar
    1480 oxunma

Pakistan Azərbaycanla ortaq inanca, tarixi və mədəni əlaqələrə söykənən münasibətlərə yüksək qiymət verir. Bunu Pakistan Prezidenti Arif Alvi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib. Prezident ikitərəfli ticarətin genişləndirilməsini və iki qardaş ölkə arasında mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsini vacib sayıb. 

“Ümidvaram ki, Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli dialoqun ikinci toplantısının İslamabadda uğurla başa çatması ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcək və üç qardaş ölkə arasında yeni əməkdaşlıq yolları açacaq”.

Öz növbəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Pakistan hökumətinə Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkür edib. O, ölkəsinin bütün beynəlxalq forumlarda Kəşmir məsələsində Pakistanın yanında olmağa davam edəcəyini bildirib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84