30 vəzifəli şəxs barəsində iş üzrə icraata başlanılıb

11:12 - 08 May
    1500 oxunma

Ötən il ASAN Xidmətin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı DƏMX-ə 45 fakt üzrə məlumat daxil olub. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il hesabatında məlumat verilib.

Qeyd edilib ki, bu məlumatlar əsasında 30 vəzifəli şəxs barəsində iş üzrə icraata başlanılıb və müvafiq qərar qəbul edilərək icra üçün Ədliyyə Nazirliyinin aidiyyəti İcra və Probasiya şöbələrinə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, təsdiqedici sənədlər məhkəmə orqanlarına göndərilməklə 34 hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılıb. 

DƏMX tərəfindən görülmüş tədbirlərin nəticəsi olaraq vətəndaşlara ödənilməsi gecikdirilmiş 178714 manat vəsaitin, onlardan 95%-i əməkhaqqı, 3%-i sosial müavinətlər və kompensasiya, 2%-i zərərə görə ödənc olmaqla ödənilməsi təmin edilib. 

Araşdırmalar aparıldığı dövrdə qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilmiş 88 nəfərin işəgötürənlər tərəfindən əvvəlki işlərinə bərpa edilməsi, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84