30 prokurorluq işçisi məsuliyyətə cəlb edilib

13:12 - 08 Yanvar
    900 oxunma

Yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdan verilən məlumata görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib.

Bizimxeber.az

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84