3 qadın Lukaşenkoya qarşı

23:38 - 28 İyul
    2080 oxunma

Veronika Tsepkalo, Svetlana Tixanovskaya və Maria Kolesnikova 25 il Belarusa rəhbərlik etmiş Lukaşenkoya qarşı qüvvələrini birləşdirmək qərarına gəliblər. Belarusda üç qadın namizəd gələn il keçiriləcək prezident seçkilərində 25 ildir hakimiyyətdə olan Aleksandr Lukaşenkoya qarşı ittifaq yaratmaq qərarına gəliblər.

Siyasət səhnəsinə bu qadınlar ərlərini əvəz etmək məqsədi ilə gəliblər.

Onların ərlərinə seçkilərdə iştirak etməyə imkan verilməyib. Qadınlar, onları "yazıq" adlandıran president Lukaşenko ilə seçkilərdə rəqabət aparmaq qərarına gəliblər. Prezident Lukaşenko həmin qadınlar üçün deyib ki, "Belarus konstitusiyası qadın üçün tərtib olunmayıb".

May ayında hökumət əleyhinə nümayişdə iştirak etdiyinə görə əri həbs ediləndən sonra Svetlana Tixanovskaya onun əvəzinə seçkilərdə iştirak etmək qərarına gəlib. Qısa müddətdə məşhurlaşdığı deyilən Tixanovskayanı, keçən həftə digər iki qadın namizəd - Maria Kolesnikova və Veronika Tsepkalo da dəstəkləyiblər. Nəticədə, Tixanovskayanın başçılığı ilə bu üç namizəd birgə seçkiqabağı kampaniya aparmaqdadırlar.

"Artıq qorxmuram"

Televiziya verilişində seçki ilə bağlı danışan Tixanovskaya deyib ki, təhlükəsizlik səbəbindən uşaqlarını xaricə göndərib. "Əvvəllər qorxurdum. Hökümət öz varlığını qorumaq üçün nələrə əl ata biləcəyini bilirəm. Ancaq artıq qorxmuram", - Tixanovskaya deyib. "Qeyri-adi, cəsarətli bir qadındır. Çiyinlərində böyük bir yük daşıyır", - əri həbsxanada olan Maria Kolesnikova Tixanovskaya ilə müttəfiq olmaq qərarının səbəblərini açıqlayıb.

Veronika Tsepkalonun əri də keçən həftə uşaqları ilə birlikdə Moskvaya qaçıb. Üç namizəd apardıqları kampaniya çərçivəsində Lukaşenkoya müxalif olan kənd sakinlərinin və şəhərlərdəki orta təbəqənin dəstəyini almağı qarşılarına məqsəd qoyublar. Seçkilərdən əvvəl Lukaşenkonun əsas rəqibləri daxil yüzlərlə opponentləri həbs edilib. Qərb mediasında tez-tez "Avropanın son diktatoru" kimi adı çəkilən Lukaşenko illərdir ki, insan haqlarının ciddi pozulması halları və seçkilərdə qanun pozuntularına görə ittiham olunub.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84