. .

3 erməni partiyası Sunikdəki vəziyyətlə bağlı açıqlama yaydı

15:44 - 16 May
    1518 oxunma


Ermənistan parlamentindən kənarda qalan üç müxalifət partiyası - "Azadlıq", "Milli Təhlükəsizlik" və "Yerkir Tsirani" partiyaları Sunik bölgələrindəki vəziyyətlə bağlı açıqlama yayıb.

Bizimxeber.az bildirir ki, "Azadlıq" partiyasının lideri, Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan özünün "Facebook" profilində Ermənistanın ərazi bütövlüyünü bərpa etmək və qorumaq üçün daha radikal tədbirlər görməyin lazım olduğunu bildirib.

Onun sözlərinə görə, rəsmilər əsasən 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata diqqət etməlidir. Ermənistan Baş nazirindən imzaladığı və açıqlamağı bəndləri soruşmaq lazımdır. Xüsusilə, 11 yanvar 2021-ci ildə hansı üçtərəfli sənəd imzalanmışdır sualına cavab axtarmaq lazımdır.

Paşinyandan Azərbaycana Sunik üzərindən hər hansısa bir dəhlizin verilməsinə dair hər hansı bir sənədin olub-olmadığını soruşmaq lazımdır".




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84