.
.

26 fevral - Xocalı soyqırımının 29-cu ildönümü qeyd edilib

16:01 - 26 Fevral
    8280 oxunma

26 fevral 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov nümayəndəliyinin və Xızı rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma” adlı onlayn anım tədbiri keçirilib.

Tədbirdə qeyd olunub ki, Soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.

Həmçinin bildirilib ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Sonda Şəhid Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbi şagirdləri doğma Vətənə, torpağa, qəhrəmanlığa həsr olunmuş kompozisiya ilə çıxış etmişlər.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84