25 yaşlı hərbçimizin şəhid xəbəri gəldi

14:53 - 19 Fevral
    10640 oxunma

44 günlük Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib. 

Söhbət müddətdən artıq həqiqi hərbi qulluqçu olan 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviçdən gedir. 5 aydan çoxdur ki, itkin sayılan R. Qulamovun adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda da var idi.

Bildirilir ki, şəhidin nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb. Evin tək övladı olan R. Xaydaroviçin atası bir müddət əvvəl rəhmətə gedib. Sumqayıt şəhər İcra Hakimiyyətindən saytımıza bildirilib ki, şəhidin bu gün axşam saatlarında dəfn ediləcəyi gözlənilir. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84