. .

2021 Eurovision qalibləri barədə daha bir plagiat iddiası

01:30 - 06 İyun
    13494 oxunma


2021 Eurovision Mahnı yarışmasında qalib gələn İtalyan rok qrupu Maneskin, daha bir plagiat iddiaları ilə bağlı qalmaqalın mərkəzindədir.

Bizimxeber.az bildirir ki, iddialara görə, qrupun yarışmada səsləndirdiyi mahnı Vendettalara məxsus mahnının bənzəridir. 

Qeyd edək ki, bir neçə gün əvvəl də Eurovision qalibləri İtaliyadan olan digər musiqiçilər tərəfindən plagiatda təqsirli bilinmişdilər. "Anthony Lazlo" qrupu, Maneskinin onlardan gitara riffini oğurladığını bildirirdi. 

Maneskin rok qrupu, tamaşaçıların və münsiflərin səsvermə nəticələrinə görə 524 bal toplayaraq, 25 xalla Fransanı qabaqlayaraq Eurovision-2021 yarışmasını qazandı.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84