2021-ci ilin bu günlərində Azərbaycanda ictimai nəqliyyat işləməyəcək - QƏRAR
-
1070 oxunma

Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alaraq qəbul edilən qərara əsasən 2021-ci ilin aşağadakı günlərində bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;
- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;
- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;
- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;
- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək
Qərar dekabrın 28-də qüvvəyə minəcək.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84