2 saylı İstintaq Təcridxanasında şok olay - Təqsirləndirilən şəxslər məhkəmənin sifarişi ilə döyülüb?

12:44 - 25 Avqust
    1955 oxunma

“Bu gün, yəni 24.08.2020-ci il tarixdə müdafiəçisi olduğum Orucov Səxavət Oric oğlu ilə görüşmək üçün 2 saylı İstintaq Təcridxanasına getdikdə mənə 1 saatdan artıq istintaq təcridxanasına buraxmadılar. Guya, növbənin dəyişdiyini bildirdilər və daha sonra gəlməli olduğumu dedilər”.

Bu haqda Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Səadət Seyidli “Hürriyyət”ə açıqlamasında bildirib. Onun sözlərionə görə, həmin müddətdə istintaq təcridxanasına müxtəlif şəxslər girib-çıxdığından, o, qarşı tərəfə etiraz edib: “Bildirirəm ki, Gəncə Apelyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə 20 avqust 2020-ci il tarixdə keçirilən məhkəmə prosesində sədrlik edənin təqsirləndirilən şəxslər Orucov Səxavət Oruc oğlunun və Həsənov Şaiq Tahir oğlunun etirazına məhəl qoymaması, məhkəmə prosesini nəyin bahasına olursa-olsun tez bitirməyə çalışması, vəsatətləri müzakirə etməkdən qaçması və sair hallar nəticəsində təqsirləndirilən şəxslərdə onları bu ölkədə dinləmək istəyən şəxsin olmaması fikrini yaratmışdır.

Məni 2 saylı istintaq Təcridxanasına buraxmaq istəmədikdə ombudsmanın, məhkəmə hüquq şurasının qaynar xəttinə zəng etdim və bunları bildirdim. Hətta bəlkə də məhkəmənin göstərişinə əsasən istintaq təcridxanasına buraxılmadığımdan şübhələndiyimi göstərdim.

Sonradan istintaq təcridxanasına məni buraxdılar və bildirdilər ki, təqsirləndirilən şəxslər Səxavət Orucov və Şaiq Həsənov hansısa məmurları onları dinləmək üçün tələb etmişlər və sonradan özlərinə xəsarət yetirmişlər. Məni həm rəis müavini, daha sonra isə rəis kabinetinə dəvət edərək dilə tutmağa çalışırdılar ki, məhkəmədən sonra görüşüm. Lakin mən hər dəfə də bildirdim ki, məhkəməyə qədər mən müdafiəni qurmalıyam, mənimməhkəmədən sonra görüşməyimin mənası yoxdur.

Mən indi görüşməliyəm. Lakin təqsirləndirilən şəxsi mənimlə görüşməyə gətirmədilər və mən təcridxanada olarkən Həsənov Şaiqi gördüm, onu üzü xəsarətlər içərisində idi. Mənə Şaiq Həsənovun üzünü stola vurduğu bildirildi. Bildirim ki, onun mənə yaxınlaşmasına imkan vermirdilər. Mən onu yalnız uzaqdan görürdüm. Saat 12.45 radələrində isə Orucov Səxavəti uzaqdan gördüm və onun boğazı sarılmış vəziyyətdə idi.

Beləliklə də, məni saat 09.00-dan 13.00-dək istintaq təcridxanasında saxlayaraq təqsirləndirilən şəxslə görüşməyimə imkan vermədilər.

Lakin təxminən saat 17 radələrində Şaiq Həsənovun anası Alimə Həsənova oğlu ilə görüşməyə nail olmuşdur və oğlu ona bildirmişdir ki, əslində onlar özlərinə xəsarət yetirmək məqsədi daşımamışlar, belə bir niyyətləri olmamışdır, onlar məhkəməyə çıxmağa etiraz etdikdə onları istintaq təcridxanasının işçiləri döymüşlər və işgəncədən yaxa qurtarmağa çalışan Səxavət Orucov özünə xəsarət yetirmişdir.

Belə ki, kamerada olan bütün dustaqları çıxarmışlar və onları başları və bədənlərinin müxtəlif yerlərinə vuraraq döymüşlər. Həmin zaman Səxavət Orucov onların əlindən çıxmış, boğazına lezva dirəyərək ona yaxınlaşmamasını tələb etmiş, lakin buna məhəl qoyulmamış, onun üzərinə hücum edəndə boğazı və üzü kəsilmişdir”.
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. //hurriyyet.org//

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84