"190 manat veriləcək şəxslərin də siyahısına yenidən baxılmalıdır" - Parlamentdə müzakirə...

11:58 - 18 Dekabr
    1920 oxunma

“Hazırda dövlətin 46 klinikası koronavirusla mübarizə çərçivəsində səfərbər olunub. Həmçinin 15 mindən çox yataq yeri hazırda doludur”.

Bizimxeber.az bildirir ki,  belə bir açıqlama ilə parlamentin bu günkü iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, özəl tibb müəssisələri də koronavirusla mübarizəyə cəlb olunmalııdr: “Test sahəsində monopoliyanı tam aradan qaldırmaq lazımdır. Hər bir sahibkara imkan vermək lazımdır ki, ölkəyə testlər gətirsin. Evdə müalicə üçün dərman vasitələrinin çeşidinin artrılması, qiymətlərin tənzimlənməsi vacibdir”.

Komitə sədri həmçinin qeyd edib ki, 190 manat veriləcək şəxslərin də siyahısına yenidən baxılmalıdır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84