160 döyüşçünü mühasirədən çıxardı, özü şəhid oldu - VİDEO

00:44 - 04 Yanvar
    660 oxunma

Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də baş leytenant Röyal Xasıyev olub.  Bizimxeber.az bildirir ki, Röyal Xasıyev 1993-cü il, aprelin 19-da Şəkinin İkinci Biləcik kəndində anadan olub.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Artilleriya komandiri müharibə başlayan ilk günlərdən döyüşlərə qatılıb. Onunla çiyin-çiyinə olmasa da, eyni cəbhədə döyüşən qardaşı Təmraz Xasıyev deyir ki, qardaşı son döyüşündə ayağından yaralanıb. Onu hospitala göndərmək istəsələr də, razı olmayıb.

Röyal Xasıyev 160 döyüşçü yoldaşını qəhrəmancasına mühasirədən çıxarıb. Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. (unikal.org)

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84