15 yaşlı şagirdin hamiləliyi... Qaranlıq məqamlar - DNT analizi

12:56 - 12 Avqust
    1695 oxunma

15 yaşlı şagirdin hamiləliyi ilə bağlı DNT analizi aparılmayıb. Bu barədə açıqlamasında "Təniz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova Lerik rayon məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun 15 yaşlı şagirdi hamilə buraxan 60 yaşlı müəllimlə bağlı verdiyi məhkəmə qərarından danışarkən deyib.

Onun sözlərinə görə, məhkəmədən öncə DNT analizi götürülməli idi:

 

"Bu məhkəmə prosesində qarışıq məqamlar var. Uşaqla bağlı DNT analizi aparılmayıb. DNT analizi aparmadan məhkəmə prosesi necə keçirilib? Qız burdadır, 10 gündən sonra uşaq doğulacaq. Onun taleyi necə olacaq? Qızın atası ruhi xəstədir. Qızın özü də nə danışdığını bilmir. Əslində qızı bura gətirəndə deyilmişdi ki, uşaq doğulsun, analiz götürülsün və cavab məlum olandan sonra məhkəmə olacaq. Amma bu deyilənlərə heç kim əməl etmədi. Uşaq doğulmamış məhkəmə oldu. Uşağın kimdən olmasını heç kim araşdırmadı. Hətta dedilər ki, uşaq dünyaya gəlməmiş də DNT analizi götürülə bilər”.

Mehriban Zeynalova qeyd edib ki, 60 yaşlı müəllim Məmmədov Şəfahətin qohumları başqa iddialar qaldırıb: "Müəllimin qohumları deyib ki, ona şər atılıb. Burada qaranlıq məqamlar var”.

Hüquq müdafiəçisi Fariz Namazlı isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, burada əsas məsələ qızın razılığının olub-olmamasıdır: 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84