15 yaşlı Lukaşenko hansı qanunla silahlandırılıb? - Müxalifətdən tələb - VİDEO

18:16 - 24 Avqust
    2970 oxunma

Belarus müxalifətinin Koordinasiya Şurası respublika prezidentinin oğlu Nikolay Lukaşenkoya hərbi silahın verilməsi faktının yoxlanılmasını tələb edib.  Bu barədə mətbuat konfransında qərargah rəhbərlərindən biri Mariya Kolesnikova məlumat verib.

Onun sözlərinə görə, dövləti idarə edən bir şəxsin Minskin mərkəzində "çox qəribə silahlarla çox qəribə geyimlərdə qaçması" çox qəribədir. Onun dediyinə görə, Kolya Lukaşenko yetkinlik yaşına çatmayan 15 yaşlı bir şəxsdir və ona hərbi silahın verilməsi faktı yoxlanılmalı, səlahiyyətli orqanlar buna reaksiya verməlidir.

Bundan əvvəl İnternetdə Lukaşenkonun vertolyotla Müstəqillik Sarayına gəlişinin videosu yayılıb. Belarus lideri güllə keçirməyən geyimdə, əlində avtomat olub. Təhlükəsizlik qüvvələri onun yanında olub. Onu eyni formada silahlanmış oğlu Nikolay müşayiət edib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84