.
.

13 konqresmen Baydeni idrak zəifliyində qınadı - Test tələb edirlər

16:56 - 18 İyun
    2148 oxunma


Ağ Evin keçmiş həkimi konqresmen Ronnie Jackson, ABŞ prezidenti Co Baydeni dərhal idrak zəifliyi testi keçirməyə çağırıb. Konqresmen deyib ki, son aylar ABŞ liderinin "zehni geriləməsi" və unutqanlığı daha çox nəzərə çarpır.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, Ronnie Jackson daha ciddi məqamları sadalayaraq deyib ki, Amerika xalqı öz prezidentinin sağlam olmasına inanmalı və baş komandan kimi xidmət edə biləcəyini bilməyə layiqdir: "Buna nail olmaq üçün Baydeni  dərhal bir test verməyə dəvət edirik".

Təklif 13 Respublikaçı konqresmen tərəfindən imzalanıb. Onlar Baydenin oxşar sınaqlardan keçən keçmiş ABŞ prezidenti Donald Trampdan nümunə götürməsini israr ediblər.  "Təəssüf ki, zehni tənəzzülünüz və unutqanlığınız son 18 ayda daha çox nəzərə çarpdı" deyən məktubda qeyd olunur.

Qeyd edək ki, son aylar Baydenin yaddaş zəifliyinin olması ilə bağlı ciddi iddialar ortaya atılıb. O çıxışlarında ölkələrin və prezidentlərin adlarını səhv deyir, maskasını hara qoyduğunu unudur. 

Pərvanə Vaqifqızı
Bizimxeber.az




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84