11 yanvarda Moskvada yeni müqavilə imzalanacaq? – Ermənistanda etiraz aksiyası

15:55 - 08 Yanvar
    840 oxunma

Ermənistan Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib. Etiraz aksiyasının təşkilatçısı hüquq müdafiəçisi Ruben Melikyandır. 

Ruben Melikyan iddia edib ki, 11 yanvar tarixində Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə yeni müqavilə imzalanacaq. Hüquq müdafiəçisi bildirir ki, baş nazir Nikol Paşinyan müqavilənin mətnini qanunvericiliyə uyğunlaşdırmaq üçün Ədliyyə Nazirliyinə göndərib.

Etiraz aksiyasının iştirakçıları Ədliyyə Nazirliyinin qarşısına toplaşaraq həmin mətnin açıqlanmasını tələb edirlər. Məlumat üçün bildirək ki, Ermənistan Ədliyyə Nazrliyi bir qədər əvvəl verdiyi açıqlmada onlarda belə bir mətnin olduğunu təkzib edib. /Yeniavaz/

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84