105 min dolları Azərbaycandan çıxarmaq istədi - Foto

13:06 - 17 Sentyabr
    3130 oxunma

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda valyutanın Azərbaycan gömrük sərhədindən bəyan etmədən və gizli keçirmə cəhdinin qarşısını alıblar. 

Dövlət Gömrük Komitəsindən Bizimxeber.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib.

Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı sərnişinin bel çantasının içərisində “Gəncə paxlavası” yazılan qutunun altından sellofan paketə bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş 105 min ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84