“103”ə zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2500-ə çatıb

15:15 - 22 Dekabr
    1230 oxunma

Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayının artması  təcili tibbi yardıma edilən müraciətlərin sayının da artmasına səbəb olub. Pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hal-hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır. 

Bu barədə İcbari Tibbi Sığorta Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, iş yükünün artmasına baxmayaraq hər bir çağırış müvafiq qaydada icra olunur.  Bəzən təcili tibbi yardıma ehtiyacı olmayan xəstələrin “103” xidmətinə çoxlu sayda müraciəti telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur.

COVID-19 xəstəliyi ilə əlaqəli müraciətlərlə yanaşı, “103” xidmətinə təcili tibbi yardıma birbaşa ehtiyacı olan səbəblərdən: infarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, terminal vəziyyətlər, doğuş, hündürlükdən yıxılma, zəhərlənmə və s. müraciətlər də daxil olur və onların icrası təmin olunur. Çağırışların icrasını vaxtında təmin etmək məqsədi ilə onlar ağırlıq dərəcəsinə görə çeşidlənir, ilk növbədə daha ağır xəstələrin müraciətləri icra olunur. Məlumdur ki, ağır xəstələrin hospitalizasiyası icra edildiyi hallarda çağırışın icrası üçün daha çox zaman sərf olunur. 

Əlavə olaraq təcili tibbi yardım xidməti hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialı götürür.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84