Loading...

Xanhüseyn Kazımlının qızı ilə bağlı müəmma… – FOTO

4190 oxunma | Tarix: | 4 gün öncə

Beşinci çağırış Milli Məclisin deputatı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının qızı, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürən Əsli Kazımova “Bank Respublika”da şöbə müdiri vəzifəsində çalışır. 

Əsli Kazımovanın Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyi sənədlərdə də onun “Bank Respublika”da şöbə müdiri vəzifəsində çalışdığı qeyd olunub.

Lakin Xanhüseyn Kazımlı hansı səbəbdən bu faktı gizlətməyə çalışır. O, Unikal.org-a verdiyi açıqlamada bildirib ki, qızı müəllimədir. “Yazırlar ki, qızım bankda işləyir, bu məlumatlar doğru deyil. Özü universitetdə müəllimdir, namizədlik müdafiə edib. Qızımın biliyinə və savadına söz ola bilməz. Özü millət vəkili olmaq istəyir. Əsl deputat olmağa layiq şəxsdir”, – deyə Xanhüseyn Kazımlı bildirib.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir