bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb (FOTO/YENİLƏNİB)

2160 oxunma | Tarix: | 2 ay öncə

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb. Bizimxeber.az “Report”a istinadən xəbər verir ki, mərhumun cənazəsi Bakı Dövlət Universitetindən götürülüb. Mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılır. 

Qeyd edək ki, V.Məmmədəliyevlə vida mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Vergilər naziri Mikayıl Cabbarov, Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Ombudsman Elmira Süleymanova, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, mərhumun ailə üzvləri, yaxınları, elm və təhsil xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.
13.11
Bakı Dövlət Universitetində (BDU) mərhum akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.
Vida mərasimi saat 15:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev oktyabrın 13-də axşam saatlarında 77 yaşında vəfat edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir