Bizimxeber

Online informasiya portalı

Türkiyə telekanalı 20 Yanvar faciəsinə veriliş həsr etdi

4310 oxunma | Tarix: | 1 ay öncə

Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramının ötən gün efirə gedən verilişi 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub. Veriliş “Azərbaycan Diasporuna Dəstək Fondu”nun dəstəyi ilə hazırlanıb.

“Bizimxeber”“AzərTac”a istinadən xəbər verir ki, Türkiyədə milli rəqslərimizi ifa edən həmyerlimiz Səidə Ömərin müəllifi və aparıcısı olduğu verilişə “Can Azərbaycan” media şirkətinin qurucusu və rəhbəri, jurnalist Namık Kemal Yıldırım və İstanbul Universitetinin professoru, tarixçi Halil Balqonaq olublar.

Verilişdə 20 Yanvar hadisələrinin mahiyyəti, səbəbləri, faciənin acı nəticələri barədə ətraflı fikir mübadiləsi aparılıb. O günü əks etdirən videoçarx nümayiş etdirilib. 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Can Azərbaycan” media şirkəti tərəfindən nəşr edilmiş “Ağla qərənfil ağla” kitabı təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir