bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Türkiyə şokda – Daha bir ailə intihar etdi

2030 oxunma | Tarix: | 4 həftə öncə

Türkiyədə daha bir ailə sianid maddəsinin qurbanı olub. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbulun Bakırköy rayonunda 1-i uşaq olmaqla 3 nəfər evdə ölü şəkildə tapılıb. Ölənlərin ər-arvadla uşaqları olduğu məlum olub.

Hadisə yerinə gələn tibb işçiləri ailənin sianid adlı zəhərli maddəni içərək öldüklərini müəyyənləşdiriblər. Polis əməkdaşları xüsusi geyimlərlə binanı və ətraf bölgəni yoxlamağa başlayıblar.

Həmin binada zəhərli maddənin olub- olmadığını müəyyənləşdirmək üçün Afyonkarahisar Kimyəvi Bioloji Radioloji Nüvə Təhdidləri bölməsinin əməkdaşları hadisə yerinə dəvət ediliblər. Bina sakinləri təxliyyə edilib, küçədə hərəkət məhdudlaşdırılıb.

Qeyd edək ki, noyabr ayı ərzində Türkiyədə iki ailə sianid içərək canlarına qəsd edib. Bunlar eyni anda intihar edən 4 bacı-qardaş və daha bir 4 nəfərlik (ata, ana və iki uşaq) ailədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir