bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Tramp yumşaldı: “Huawei”ə güzəşt müddəti uzadılır

1270 oxunma | Tarix: | 3 həftə öncə

ABŞ Prezidenti Donald Tramp Çinin texnologiya nəhəngi “Huawei”ə tətbiq olunan güzəştlərin müddətini uzatmaq istəyir. NY Times-da dərc edilən məlumata görə, Ağ Ev ABŞ firmalarına Çin şirkətinə ilə əməkdaşlıq üçün verilən lisenziyanın vaxtını artırmaq niyyətindədir. Nəzərdə tutulan güzəşt müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, “Huawei” keçən aylarda casusluq ittihamlarına görə ABŞ-ın ciddi sanksiyaları ilə üzləşib. “Microsoft”, “Google” kimi nəhənglər şirkətlə əməkdaşlığı dayandırıb, həmçinin ölkənin digər firmalarına “Huawei”lə əlaqələri tamamilə kəsmək üçün vaxt verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir