Loading...

Tramp Süleymaninin qətlinə 7 ay əvvəl icazə veribmiş: Bu şərtdən sonra…

2910 oxunma | Tarix: | 6 gün öncə

ABŞ Prezidenti Donald Tramp baş verən məlum insidentdən yeddi ay əvvəl iranlı general Qasım Suleimaniyə qarşı əməliyyat keçirməyə icazə veribmiş. Ancaq bu əməliyyatın yalnız bir ABŞ vətəndaşının İranın günahı üzündən öldüyü təqdirdə baş verə biləcəyi şərtilə keçirilə biləcəyi qeyd edilibmiş.

NBC xəbər verir ki, İran hərbi qüvvələri 2019-cu ilin iyununda Hörmüz Boğazında Amerikan pilotsuz təyyarəsini vurduqdan sonra o dövrdə təhlükəsizlik müşaviri vəzifəsini icra edən Con Bolton, həmçinin ABŞ Dövlət katibi Mayk Pompeo Amerika liderini qisas almağa və Süleymaniyə qarşı əməliyyata başlamağa çağırıb.

Lakin Tramp bu əməliyyata yalnız bir Amerika vətəndaşı İran üzündən öləcəyi təqdirdə razı olacağını bildirib.

Nəhayət Prezidentin sərəncamı iyun ayında verilib. Bu qərarda Süleymaniyə qarşı hər hansı bir əməliyyatın təsdiqlənməsi şərti yer alıb. Nəticədə, amerikalı muzdlu hərbçinin ölümündən və İraqdakı bir hücum zamanı dörd başqa Amerika əsgərinin yaralanmasından sonra bu seçim ona hərbçilər tərəfindən təklif edilib.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir